XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

31 Oktyabr 2020 - 16:59

“Taliban” hərəkatının saytında Azərbaycana dəstək –"BMT qətnamələri icra olunmayıb"

Əfqanıstanın “Taliban” hərəkatı Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı dəstəklədiyini bəyan edib.

Strateq.az “Təsnim”ə istinadla xəbər verir ki, hərəkatın rəsmi veb-saytında BMT Təhlükəsizlik Şurası qətnamələrinin müsəlmanların problemlərini həll etmək üçün faydasız olduğu və qətnamələrin icra zəmanətinin yoxluğu vurğulanıb.

“Taliban” qruplaşmanın rəsmi saytında Dağlıq Qarabağ münaqişəsi barədə məqalədə bölgənin 1993-cü ildə qəbul edilmiş BMT qətnamələrinə əsasən Azərbaycanın ayrılmaz hissəsi olduğu, ancaq Ermənistanın 27 ildən sonra belə bölgədə işğalı davam etdirdiyi bildirilib.

Məqalədə qeyd edilir: “Birləşmiş Millətlər Təşkilatı müsəlmanların acınacaqlı vəziyyətini həll etməkdə zəif və acizdir, o, yalnız xristianların iradəsini yerinə yetirməyə qadirdir”.

Saytın yazısında, Cənubi Sudan və Şərqi Timor münaqişələrinə istinadla, bu sayaq mübahisələrdə BMT Təhlükəsizlik Şurasının daima qeyri-müsəlmanların lehinə davrandığı və müsəlmanların hüquqlarına məhəl qoymadığı bildirilir.

“Taliban”ın rəsmi mövqeyində Fələstin mövzusuna da toxunulub: “BMT-nin Fələstin məsələsindəki qətnamələrinin sayı təqribən iki yüzdür, lakin bu qətnamələr fələstinlilərin heç bir yarasını sağaltmayıb”.