XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 October 2020 - 22:36

İbrahim Kalın koronavirusa yoluxub

Türkiyə Prezident Administrasiyasının rəsmi nümayəndəsi İbrahim Kalın yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın yerli bürosunun xəbərinə görə, İ.Kalın bu barədə özünün “Twitter” səhifəsində yazıb.

İ.Kalın öz paylaşımında “yüngül simptomlarla keçirdiyim koranavirusun müalicəsi son mərhələyə gəldi. Hazırda səhhətim normaldır. Maraqlanan, dua edən hər kəsə təşəkkür edirəm”, – deyə qeyd edib.