XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

31 Oktyabr 2020 - 22:23

Britaniyada koronavirus:yoluxanların sayı 1 milyonu keçib

Böyük Britaniyada koronavirusa yoluxanların ümumi sayı bir milyon nəfəri keçib.

APA-nın Britaniya bürosunun verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Məlumata görə, Britaniyada son sutka ərzində 21 915 nəfər koronavirusa yoluxub. Bununla da hazırda ölkədə koronavirusa yoluxanların ümumi sayı 1 011 660 nəfərə çatıb.

Son sutkada 326 nəfər isə koronavirusa görə həyatını itirib ki, ümumilikdə koronavirusa görə ölənlərin sayı 46 555 nəfər olub.