XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

02 Noyabr 2020 - 12:47

Əfqanıstanda birinci vitse-prezidentə hücum olub:10 nəfər ölüb, 16 nəfər yaralanıb

Əfqanıstanın paytaxtı Kabulda, universitetin yaxınlığında birinci vitse-prezident Əmrullah Salehin avtomobil karvanına hücum nəticəsində törədilən partlayış nəticəsində 10 nəfər ölüb, 16 nəfər yaralanıb.

“Tolonews” xəbər verir ki, hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Bildirilib ki, partlayış nəticəsində Salehin dəftərxanasının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri və cangüdəni də yaralanıb. Birinci vitse-prezident xəsarət almayıb.

Partlayışın məsuliyyətini “Taliban” da daxil olmaqla heç bir silahlı qruplaşma üzərinə götürməyib. (report)