XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

02 Noyabr 2020 - 13:57

Rusiyalı politoloq:"Moskva və Tehran münaqişənin həllində səylərini birləşdirməlidir"

“İranın təqdim etdiyi “Qarabağ Planı”nda münaqişə edən hər iki tərəfin maraqları nəzərə alınır”.

Strateq.az IRNA-ya istinadla xəbər verir ki, bunu Moskva Dövlət Universitetinin (MDU) qlobal siyasət fakültəsinin rəhbəri Andrey Sidorov bildirib.

Politoloq bildirib: “Bu plan Cənubi Qafqaz bölgəsinin təhlükəsizliyi və sabitliyi üçün vacibdir”.

“İranın Dağlıq Qarabağ münaqişəsini həll etmə təklifi xarici qüvvələrə və üçüncü ölkələrə sədd çəkdiyindən İran və Rusiyanın marağındadır. Xarici aktyorlar Dağlıq Qarabağ münaqişəsinin həlli bəhanəsi ilə bölgə işlərinə müdaxilə etməməlidirlər”, – Sidorov vurğulayıb.

O, əlavə edib: “İran və Rusiya transregional ölkələrin hərbi qüvvələrinin Cənubi Qafqaz bölgəsində yerləşdirilməsini istəmirlər və buna görə də, regional məsələlərin həllində yaxından iştirak etməlidirlər. Hər iki ölkənin rəsmiləri arasında müntəzəm məsləhətləşmələr ikitərəfli münasibətlərdə bu müsbət yanaşmanı göstərir”.

MDU təmsilçisinin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi tərəfləri müharibəni davam etdirməkdə israr etməməlidirlər, çünki onların infrastrukturuna ciddi ziyan dəyəcək. “Bu vəziyyətdə Ermənistan və Azərbaycan Respublikası məsuliyyətli davranmalı və danışıqlara başlamalıdır”.

“Rusiya Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün öz səylərini davam edir və bölgədəki münaqişəyə son qoymaq üçün İranla əməkdaşlıq Rusiyanın səyləri ilə ziddiyyət təşkil etmir. Moskva və Tehran bu səylərdən istənilən nəticələri əldə etmək üçün sıx əməkdaşlıq edə bilərlər”.