XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

02 Noyabr 2020 - 14:39

Gecə İran-Azərbaycan sərhədinə göndərilən hərbi texnika –Video

Dağlıq Qarabağ və ətraf bölgələrdə müharibənin davam etdiyi dövrdə İran silahlı qüvvələrinin sərhəddə cəmləşməsi dayanmaq bilmir.

Strateq.az “İran Times”-a istinadla xəbər verir ki, rəsmi Tehran Azərbaycanla sərhəddə “üçüncü qüvvə qismində” artıq heç bir təhlükə qalmadığını bildirsə də, Ermənistanla müharibənin davam etməsini nəzərə alaraq, bütün ssenariləri nəzərdən keçirir.

Sosial mediada tez-tez nizami ordu və “Sepah” qüvvələrinin Culfa və Xudafərin şəhərləri istiqamətində hərbi texnikanın nəqli videoları paylaşılır.

Bu video da gecə İran-Azərbaycan sərhədinə qabaqcıl hərbi texnika göndərilməsinin yeni görüntüləridir.

Müşahidələrə əsasən, görüntülərdə, əsasən, İranın şimal-qərb sərhədlərinə nəql olunan “Mersad” və “Tor-M1” hava hücumundan müdafiə sistemləri əks olunub.