XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

02 Noyabr 2020 - 16:05

İranda koronavirus:son sutkada 440 nəfər ölüb

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 440 nəfər ölüb.

Bu barədə İranın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda indiyədək koronavirusdan ölənlərin ümumi sayı 35 738 nəfərə çatıb.

Son 24 saat ərzində 8 288 yeni yoluxma qeydə alınıb ki, bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 628 780 nəfərə yüksəlib, 491 247 nəfər xəstəlikdən sağalıb.

Hazırda virus daşıyıcısı olanlardan 5 315 nəfərin vəziyyəti ağır və ya orta ağırdır. (apa)