XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

02 Noyabr 2020 - 18:05

Əfqanıstanda universitetə silahlı hücum olub:19 nəfər ölüb

Əfqanıstanda silah şəxslər tərəfindən Kabil Universitetinə hücum edilib.

“TOLO News”un verdiyi xəbərə görə, bu barədə Əfqanıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin verdiyi məlumata görə, 3 silahlı şəxs Universitetin Hüquq fakültəsinin yerləşdiyi binaya hücum edib.

Hücum nəticəsində 19 nəfər həlak olub, 22 nəfər yaralanıb. 

Qeyd olunub ki, silahlı şəxslərin zərərsizləşdirilməsi əməliyyatı 6 saat davam edib. (apa)