XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

02 Noyabr 2020 - 18:45

Gürcüstan müxalifəti parlamenti boykot etdi

Gürcüstanın müxalif “Vahid Milli Hərəkat – Güc birlikdədir” müxalif birliyi parlament seçkilərində qazandığı deputat mandatlarından imtina edib.

Bu barədə partiyanın liderləri bildiriblər.

“Lelo” və “Qirçi” partiyaları da qanunverici orqanda təmsilçilikdən imtina etdiklərini açıqlayıblar.

Qeyd edək ki, “Vahid Milli Hərəkat – Güc birlikdədir” bloku seçkilərdə 27,14% (35 mandat), “Lelo” 3,15% (4 mandat), “Qirçi” isə 2,89% səs (4 mandat) əldə edib.

Bundan öncə “Avropalı Gürcüstan” və “Vətənpərvərlər Alyansı” partiyaları da analoji qərar qəbul ediblər. (report)