XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

02 Noyabr 2020 - 19:47

Nigeriyada naməlum xəstəlik yayılıb –Azı 15 nəfər ölüb

Nigeriyanın cənubundakı Delta ştatında azı 15 nəfər naməlum xəstəlikdən ölüb.

“RİA Novosti” xəbər verir ki, bu barədə yerli “Vanguard” qəzeti yazıb.

Nəşrin yazdığına görə, ölənlər 18-25 yaş arası şəxslərdir. Ştat rəhbərliyi xəstəliyin yayılmasının qarşısını almaq üçün hər şey edəcəyini açıqlayıb.

Qeyd olunub ki, epidemioloqlar ölənlərin ailələrinə və xəstəxanaya baş çəkərək araşdırma üçün lazım olan bütün nümunələri toplayıblar. Epidemioloqlar viral qanaxma hərarətinin ölüm səbəblərindən biri ola biləcəyindən şübhələnirlər.

Viral qanaxma hərarəti (viral hemorrhagic fevers, VHFs) – hərarət, hemorajik sindrom (qanaxma) ilə xarakterizə olunan virus xəstəliyidir. Bu növ infeksiyalara Denqe, Ebola və Lassa viruslarının səbəb olduğu qızdırmalar aiddir/Report.