XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

02 Noyabr 2020 - 22:40

UEFA Serbiya Futbol Federasiyasını cəzalandırıb –Bu səbəbdən

UEFA Serbiya millisinin baş məşqçisi Lyubişa Tumbakoviçi cəzalandırıb.

Həmçinin Serbiya Futbol Federasiyasına cərimə tətbiq edilib.

Buna səbəb oktyabrın 11-də Millətlər Liqasında Macarıstanla keçirilən ev oyunundan (0:1) əvvəl komandanın tunelə gec gəlməsidir. Federasiya 20 min avro məbləğində cərimələnibsə, Tumbakoviç 1 matçlıq diskvalifikasiyaya məruz qalıb. Çalışdırıcı eyni zamanda 5 min avro cərimələnib.

Serbiya yığması noyabrın 15-də Macarıstanla keçiriləcək cavab görüşünə baş məşqçisiz çıxacaq. Ondan 3 gün əvvəl AVRO-2020-nin pley-off mərhələsində Şotlandiya ilə görüşdə Tumbakoviç texniki zonadakı yerini ala biləcək. (Apasport.az)