XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

02 Noyabr 2020 - 23:02

Avropa koronavirusla mübarizədə çətinlik çəkir –ÜST

Bir çox Avropa hökuməti koronavirus pandemiyasına qarşı mübarizədə çətin vəziyyətlə qarşılaşıb.

Bu barədə ÜST-nin təcili yardım proqramının direktoru Maykl Rayan keçirdiyi brifinqdə məlumat verib.

“Hökumətlər virusa nəzarət etməlidirlər. ÜST Avropada etirazların niyə baş verdiyini başa düşür. Aydındır ki, insanlar yorulurlar və normal həyata qayıtmaq istəyirlər. Bundan əlavə, insanların görülən tədbirləri şübhə altına almaq hüququ var. Bu səbəbdən hökumətlər onları dinləməli, əhali ilə əlaqə saxlamalıdır”, deyə M. Rayan bildirib.

Qeyd edək ki, yeni növ koronavirus infeksiyası Avropada geniş yayılmağa başlayıb. Xüsusəndə Fransa, İspaniya və İtaliyada yeni yoluxma halları kəskin çoxalıb.

Artıq Böyük Britaniyada COVID-19-a yoluxanların sayı 1 milyonu keçib. (report)