XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

03 Noyabr 2020 - 13:15

Əfqanıstanda hərbi bazaya hücum olub –24 nəfər yaralanıb

Əfqanıstanın Kunduz əyalətindəki hərbi bazaya hücum nəticəsində hərbçilər də daxil olmaqla 24 nəfər yaralanıb.

Bu barədə yerli xəstəxananın həkimlərindən biri “RİA Novosti”yə bildirib.

Bildirilib ki, hadisə noyabrın 3-də İmam Şahib rayonunda baş verib. Məlumata görə, hərbi hissənin yaxınlığında minalanmış avtomobil partlayıb. Bundan sonra hərbçilərlə silahlılar arasında atışma olub.

Həkim bildirib ki, yaralılardan 14-ü hərbçi, 10-u dinc sakindir.

Hücumun məsuliyyətini hələ ki heç bir silahlı qruplaşma üzərinə götürməyib/Report.