XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

03 Noyabr 2020 - 20:40

Almaniyada təhlükəsizlik tədbirləri artırılıb –Vyanadakı terrora görə

Vyanadakı terror hücumundan sonra qonşu Almaniyada da təhlükəsizlik tədbirləri artırılıb.

“RİA Novosti” xəbər verir ki, Federal Polisin mətbuat xidmətindəki mənbə bildirib ki, əsas etibarilə daxili sərhədlərdə (yəni Şengen zonası ölkələrilə sərhədlərdə), habelə dəmir yolu nəqliyyatında əməliyyat-axtarış tədbirləri gücləndirilib.

AFP xəbər verir ki, bundan əvvəl Almaniya Federal Polisi (BMİ) Avstriya sərhədindəki nəzarəti artırıb. BMİ sözçüsü həmin sərhədin “taktiki öncüllük” təşkil etdiyini bildirib.

Xatırladaq ki, bu gün Vyanada İŞİD təəssübkeşi olduğu güman edilən bir nəfər dörd vətəndaşı qətlə yetirmiş, sonra isə polis tərəfindən öldürülüb/Report.