XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

03 Noyabr 2020 - 15:34

Hikmət Hacıyev:“Hərbi əməliyyatların tərkib hissələrindən biri də informasiya müharibəsidir”

“Hərbi əməliyyatların tərkib hissələrindən biri də informasiya müharibəsidir”.

Bunu bu gün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyevin sözlərinə görə, sentyabrın 29-dan indiyə qədər Prezident İlham Əliyev dünyanın aparıcı media qurumlarına çoxsaylı müsahibələr verib: “Ermənistanın siyasi-hərbi rəhbərliyi Prezident İlham Əliyevin bu fəaliyyətini imitasiya etmək istəyir, ancaq bu, əks effekt verir, özlərinin işğalçılıq siyasətlərini ifşa edirlər. Azərbaycan dövlət başçısına bu kimi müsahibələrdə provokativ suallar da görürük, ancaq Prezident səbir və təmkinlə cavablar verir. Təəssüf ki, beynəlxalq media qurumları ədalətli, obyektiv materiallar hazırlayanda təzyiqlərlə üzləşirlər. “Nyu-York Times” da belə təzyiqlərə məruz qalır. Azərbaycan belə halları qəti şəkildə qınayır”.