XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

04 Noyabr 2020 - 00:12

Misir Prezidentindən Emmanuel Makrona:"İslamla terrorizm arasında fərq qoyulmalıdır"

Bütün siyasi bəyanatlarda sülh və tolerantlıq dini olan İslamla terrorizm arasında fərq qoyulmalıdır. Bunun əksi yolverilməzdir və dünyada böyük fəsadlara səbəb ola bilər.

Azərtac xəbər verir ki, bu sözləri Misir Prezidenti Əbdülfəttah əl-Sisi fransalı həmkarı Emmanuel Makronla telefon danışığı zamanı söyləyib.

Telefon danışığı barədə məlumat verən Misir Prezidentinin mətbuat katibi Bəssam Rədi deyib: “Misir Prezidenti son vaxtlar terrorçular tərəfindən törədilən əməllərin İslamla əlaqələndirilməsinin yolverilməz olduğunu bildirib. O, həmçinin müxtəlif dinlərə mənsub olan insanların birgə və dinc yanaşı yaşaması məqsədilə dialoqun, qarşılıqlı hörmətin, dini rəmzlərə ehtiramın vacibliyini”.

Mətbuat katibi əlavə edib ki, əl-Sisi Misirin də terrorçulara qarşı mübarizə apardığını diqqətə çatdırıb.