XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

04 Noyabr 2020 - 09:14

Əlcəzair Prezidenti koronavirusa yoluxub

Əlcəzair Prezidenti Abdelmajid Tebbun koronavirus infeksiyasına yoluxub. 

APA Reuters-ə istinadən xəbər verir ki, bu barədə prezident administrasiyası məlumat yayıb.

Bildirilib ki, dövlət başçısının sağlamlıq durumu getdikcə yaxşılaşır.

Məlumata görə, oktyabrın 24-də adminstrasiyanın işçiləri testdən keçərkən başda Tebbun olmaqla bir neçə əməkdaşın nəticələri müsbət olub. Dərhal yoluxan şəxslər könüllü olaraq beş günlük təcrid ediliblər.

Daha sonra dövlət başçısının xəstəxanaya yerləşdirildiyi və oktyabrın 28-də həkimlərin tövsiyəsi ilə tibbi müayinədən keçmək üçün Almaniyaya getdiyi bildirilib.