XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

04 Noyabr 2020 - 13:20

“Bölgənin triosu Qarabağ münaqişəsini həll edə bilər” –iranlı politoloq

“Rusiya, İran və Türkiyə bölgə gücləri olaraq Dağlıq Qarabağ böhranını həll edə bilər”.

Strateq.az IRNA-ya istinadla xəbər verir ki, bunu Təbriz Universitetinin siyasi elmlər professoru Rəcəb İzədi bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi regionun geostrateji dəliyidir.

Politoloq rəsmi Tehranın Ankaradan gözləntilərini də dilə gətirib: “İran Türkiyənin regional sülh və sabitlikdə müsbət rol oynamasını, qonşu və dost İranın təhlükəsizliyini və sabitliyini düşünməsini gözləyir. Onilliklər boyu Türkiyə ilə hər zaman müxtəlif əməkdaşlıq müqavilələri şəklində faydalı işbirliyimiz olub və indi də geniş iqtisadi-siyasi əlaqələrimiz var”.

İzədi davam edib: “Böhranın üç regional güc – Rusiya, İran və Türkiyənin əməkdaşlığı ilə həll ediləcəyini, mövcud gerçəkləri nəzərə alaraq, bölgə və Qafqaz xalqlarının ədalətli inkişafına ümid var”.