XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

04 Noyabr 2020 - 16:55

Ukraynada koronavirus:yoluxma və bu virusdan ölüm hallarında yeni antirekord qeydə alınıb

Ukraynada son sutkada 10 minə yaxın insan koronavirusa yoluxub, 200-ə yaxın insan isə bu virusdan həyatını itirib. Bununla da ölkədə koronavirusa yoluxmada və bu virusdan ölüm hallarında yeni antirekord qeydə alınıb.

Azərtac Ukrayna Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ötən gün Ukraynada 9524 nəfər koronavirusa yoluxub. Bununla da pandemiya dövründə Ukraynada koronavirusa yoluxanların ümumi sayı 420 min 617-ə çatıb, 176 min 404 nəfər müalicəsini başa vurub. Ən çox yoluxma halları Kiyev, Odessa və Xarkov vilayətlərində qeydə alınıb.

Ötən gün ölkədə 199 nəfər koronavirusdan həyatını itirib. Bununla da bu infeksiyadan ölənlərin ümumi sayı 7731 nəfərə çatıb.

Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti dekabrın 31-dək uzadılıb və karantin şərtləri sərtləşdirilib.