XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

04 Noyabr 2020 - 17:10

Şamil Sultanov:"Astana formatı Qarabağ münaqişəsinin həllinə tətbiq oluna bilər"

“Hazırda əsas məsələ Minsk qrupu formatını necə dəyişəcəyidir”.

Strateq.az IRNA-ya istinadla xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının keçmiş üzvü, Rusiya-İslam Dünyası Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri Şamil Sultanov bildirib.

O əlavə edib: “Məsələ burasındadır ki, güc balansı elə olmalıdır ki, Minsk qrupunun formatını dəyişdirmək fikri həyata keçə bilsin. Həmçinin, İran, Rusiya və Türkiyənin maraqlandığı Dağlıq Qarabağ münaqişəsinin həlli üçün şərait yaradılsın”.

Mərkəz rəhbəri bildirib ki, Rusiya Minsk qrupunun formatının dəyişdirilməsinə qarşıdır. “Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün danışıqlar prosesini məhv edəcək dekonstruktiv bir ölkə kimi görünmək istəmir”.

Şamil Sultanovun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həllində İran da iştirak edə bilər. “İran bölgədə əhəmiyyətli oyunçudur və təhlükəsizliyi genişləndirmək baxımından Tehranın iştirakı faydalı olardı. “İran, Rusiya və Türkiyə Cənubi Qafqaz bölgəsinə məsul oyunçulardır. Təcrübədə bu ölkələr Astana formatını nəzərə alaraq, ortaqlıq edə bilər və üç ölkə arasındakı danışıqlar belə bir çərçivədə faydalıdır”.