XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

04 Noyabr 2020 - 20:44

Kommunist partiyası cinayətkar təşkilat elan edilib –Slovakiya parlamenti qərar verdi

Slovakiya parlamenti Çexoslovakiya Kommunist Partiyasının cinayətkar təşkilat elan olunması barədə qanun qəbul edib.

TASS xəbər verir ki, məlumatı STK informasiya agentliyi yayıb.

Bu təşkilat 1949-1990-cı illərdə Çexoslovakiyada hakimiyyətdə olub.

Qanuna əsasən, kommunist, faşist və nasist rejimləri ilə əlaqəsi olan bütün simvollar qadağan edilib, siyasi rejimlə bağlılığı olan şəxslərin adlarının küçə, meydan və başqa ictimai məkanlarına verilməsi yasaqlanıb.

Qeyd edək ki, Çexoslovakiya 1992-ci ilin iyununda Çex və Slovakiya respublikalarına ayrılıb/Report.