Türkiyənin Milli Müdafiə Nazirliyi Hakkari əyalətində PKK terrorçularının zərərsizləşdirildiyini bildirib.
“Anadolu” agentliyi xəbər verir ki, Şəmdinli ərazisində aşkarlanan 2 PKK terrorçusu məhv edilib. Nazirlik sonra tvitter səhifəsində daha 3 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.
Məlumata görə, terrorçular hücuma hazırlıq görürmüş.
Milli Müdafiə Nazirliyi terror qruplaşmasına qarşı əməliyyatların davam etdirildiyini bildirib/Report.