XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

04 Noyabr 2020 - 22:32

Britaniyada koronavirus:daha 25177 nəfər yoluxub, ölənlər var

Son bir gündə Böyük Britaniyada koronavirusa təsdiqlənmiş yoluxma hallarının sayı 25 177 nəfər, bu virusdan ölənlərin sayı isə 492 nəfər olub. Bu, ölkədə ikinci dalğanın yeni antirekordudur.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bundan bir gün əvvəl 20 018 nəfərə COVID-19 diaqnozu qoyulmuş, 397 nəfər bu virusdan ölmüşdü.

Ümumilikdə ölkədə pandemiya başlayandan bəri 1 099 059 nəfərə koronavirus diaqnozu qoyulub, 47 742 nəfər bu virusdan ölüb, 2 milyondan çox test aparılıb.

Qeyd edək ki, noyabrın 5-dən etibarən İngiltərədə 2 dekabr tarixinə qədər davam edəcək yeni milli karantin başlayır. Bölgədə faktiki olaraq yay tədbirlərinə bənzər məhdudlaşdırıcı tədbirlər tətbiq olunacaq. Uşaq bağçaları, məktəblər, universitetlər, inşaat və sənaye müəssisələri istisna olaraq işlərini davam etdirə biləcəklər. İstirahət, əyləncə və qonaq qəbulu sektorlarında, o cümlədən pab, bar və restoranlar bağlanacaq. İnsanlar evlərini lazımsız yerə tərk edə bilməyəcəklər/APA.