XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

05 Noyabr 2020 - 13:49

Portlenddə iğtişaşlar:Qubernator Milli Qvardiyayanın gətirilməsinə göstəriş verib

ABŞ-nin Oreqon ştatının qubernatoru Keyt Braun prezident seçkisindən sonra etirazların başladığı küçələrdə asayişi bərpa etmək üçün ABŞ Milli Qvardiyasının Portlendə gətirilməsi barədə göstəriş verib.

Bu barədə “USA TODAY” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, şəhərin hüquq-mühafizə orqanları irimiqyaslı qanun pozuntuları qeydə alıblar. Həmçinin vandalizm aktları barədə məlumatlar var. ABŞ Milli Qvardiyasının şəhərin küçələrində asayişi bərpa etməyə kömək edəcəyi gözlənilir.

Hazırda Portlenddə iki nümayişçi qrupu fəaliyyət göstərir. Doqquz nəfərin saxlandığı bildirilir/Report.