XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

29 Mart 2016 - 14:39

Ərdoğan ABŞ səfəri ərəfəsindəazərbaycanlı milyarderin həbsindən danışdı

erdoqan-55.jpg

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda keçiriləcək Nüvə Təhlükəsizliyi Sammitində getməzdən öncə Atatürk Hava Limanında jurnalistlərin suallarını cavablandırıb.

Türkiyə KİV-ləri xəbər verir ki, Ərdoğan Vaşinqtonda olduğu zaman yüksək səviyyəli görüşlər keçirəcəyini bildirib.

“Ölkə liderləri ilə görüşlərimiz olacağı kimi, iş dünyası ilə də geniş tərkibli görüşmələrimiz olacaq”,-deyə, o, qeyd edib.

Prezident iş adamı Rza Zərrabın ABŞ-da həbs olunmasına da münasibətini açıqlayıb. Onun sözlərinə görə, bu məsələ Türkiyənin maraq dairəsində deyil: “Bu, əslində ölkəmizi maraqlandıran bir məsələ deyil. “Qara pullar” məsələsidir və ya bu deyil. Bunun mahiyyətini bilmədən hər hansı bir dəyərləndirmə etməyi düzgün saymıram. Amma “qara pullar”ın ataları orada – Pnesilvaniyada oturur. (Fətullah Güləni nəzərdə tutur-red). Burada duranlara oradakı səlahiyyətli şəxslər hər hansı bir şey tətbiq etdilərmi? Rza bəylə bağlı bir şey varsa, buna onun vəkilləri lazımı cavab verəcəklər və onu müdafiə edəcəklər”.  

Modern.az