XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

05 Noyabr 2020 - 13:40

Tramp və Cozef Baydenin tərəfdarları etiraz aksiyaları keçirir –Seçki ilə bağlı

ABŞ-ın bir sıra şəhərlərində prezidentliyə namizədlər – Donald Tramp və Cozef Baydenin tərəfdarları etiraz aksiyaları keçirir.

Məlumatı “News.ru” yayıb.

Bildirilib ki, bəzi yerlərdə etirazlar iğtişaşa çevrilib. Polis əməkdaşları yüzlərlə aksiya iştirakçısını tutub.

Bəzi ştatlarda qubernatorlar polis əməkdaşlarını dəstəkləmək üçün Milli Qvradiyanın şəhərlərə daxil olması barədə qərar qəbul ediblər.

Baydenin tərəfdarları Trampın səslərin sayılması tələbinə etiraz edərək bu prosesin dayandırılmasını istəyirlər. Bu tələblə onlar Oreqon, Nyu-York, Filadelfiya, Marikopda etiraz yürüşü keçiriblər. Arizonanın mərkəzi Marikopda isə Trampın tətərfdarları aksiya keçirib. Onlar səslər sayılan binaya soxulmağa cəhd ediblər. Ancaq polis tərəfindən geri oturdulublar. Trampın tərəfdarları oxşar hadisəni Feniksdə də törətmək istəyiblər. Detroytda isə hazırkı prezidentin tərəfdarları səsvermə bülleteninin sayılmasının dayandırılmasın tələb ediblər.

Qeyd edək ki, noyabrın 3-də ABŞ-da prezident seçkisi keçirilib. Səsvermənin yekun nəticələri hələ açıqlanmayıb. Ancaq indiki vəziyyətə əsasən, Demokratlar Partiyasının lideri Cozef Bayden Respublikaçılar Partiyasının nümayəndəsi, hazırkı prezident Donald Trampı üstələyir. Ona Seçənlər Heyətinin 264, rəqibinə isə 214 üzvü səs verib. Qalib gəlmək üçün namizədlərdən birinə 270 üzvün səsi lazımdır/Report.