XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

05 Noyabr 2020 - 14:33

PKK-nın hücumu İraqda etiraz doğurub –Bəyanat

İraq hökuməti PKK-nın Peşmərgə qüvvələrinə hücumlarını qınayıb və bunu “suverenliyin pozulması” adlandırıb.

Strateq.az “əl-Sumariyə”yə istinadla xəbər verir ki, İraqın Dohuk vilayətinin Camanaki bölgəsində PKK-nın Peşmərgə qüvvələrinə hücumu nəticəsində 3 nəfər yaralanıb.

İraq Kürdüstan Regional Hökuməti də (KRH) hücumları qınayıb və bunu “bütün Kürdüstan xalqına hücum” adlandırıb.

KRH-nin bəyanatında deyilir: “Kürdüstan Regional Hökuməti qardaşlar arasındakı hər hansı bir qarşıdurmaya qarşı çıxır. Ancaq Kürdüstan Fəhlə Partiyasının (PKK) bugünkü hücumu bu çərçivədə “qırmızı xətt”i keçib. Nazirlər Şurası bu hücumu kəskin şəkildə qınayır və onu Kürdüstan bölgəsinə, onun qanuni təsisatlarına hücum olaraq qiymətləndirir”.