XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

05 Noyabr 2020 - 15:35

İsveçin Baş naziri özünü təcrid edib –Koronavirusa görə

İsveçin Baş naziri koronavirusa yoluxma şübhəsi ilə özünü təcrid edib.

Bu barədə Baş nazir Stefan Lofven rəsmi “Facebook” səhifəsində yazıb.

Baş nazir bildirib ki, onun yaxını COVID-19-a yoluxmuş bir şəxslə təmasda olub və həkimin məsləhətinə uyğun olaraq o və xanımı özlərini təcrid edəcək.

“Bu vəziyyətdə yeganə məsuliyyətli hərəkət budur”, – deyə Baş nazir qeyd edib.

Baş nazir Lofven həmçinin əlavə edib ki, onda COVID-19-a yoluxma əlamətləri yoxdur/APA.