XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

05 Noyabr 2020 - 16:42

Giorgi Qaxaria:"Gürcüstanda əlavə məhdudlaşdırıcı tədbirlər tətbiq olunacaq"

Gürcüstanda koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün əlavə məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur.

Bu barədə ölkənin Baş naziri Giorgi Qaxaria bildirib.

Onun sözlərinə görə, ölkədəki son siyasi proseslər virusun yayılması dinamikasının artacağını deməyə əsas verir.

G.Qaxaria ölkə üzrə sistemli məhdudiyyətlərin olmayacağını qeyd edib.

Baş nazirin müavini Maya Tskitişvili öz növbəsində bildirib ki, axşam və ya gecə saatlarında, bazar günləri və ya həftənin hansısa bir günündə vətəndaşların hərəkətinə məhdudiyyətlər qoyula bilər: “Nəqliyyatın hərəkəti, ticarət mərkəzləri, bazar və yarmarkaların işinin də müəyyən günlərdə dayandırılması planlaşdırılır”/Report.