Kosovo Prezidenti Haşim Taçi istefa verib.
Məlumata görə, Kosovo Prezidenti istefasını mətbuat konfransında elan edib.
O bildirib ki, bu addımı Kosovo prezidentliyinin bütövlüyünü qorumaq üçün atıb.
H. Taçi Kosovo müharibəsində müharibə cinayətləri və insanlığa qarşı cinayətlər törətməkdə ittiham olunur. O, Haaqada yerləşən xüsusi məhkəməyə çıxarılacaq/APA.