XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

05 Noyabr 2020 - 18:03

Polşada COVID-19 sürətlə artır –son gündə daha 27143 nəfər yoluxan olub

Polşada ötən 24 saat ərzində 27 143 nəfər COVID-19 virusuna yoluxub ki, bu da gündəlik yoluxma sayının ən yüksək rəqəmidir.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Həmçinin 367 ölüm hadisəsi qeydə alınıb. O cümlədən 69 nəfər bilavasitə koronavirusdan, qalanları da yanaşı xəstəliklərdən dünyalarını dəyişiblər.

Bütövlükdə isə Polşada indiyədək 466 679 nəfər koronavirusa yoluxub ki, bunlardan 6 842 nəfər ölüb, 177,7 minə yaxını isə sağalıb. Ötən gün ölkənin baş naziri Mateuş Moravieçki tərəfindən açıqlanan yeni məhdudlaşdırıcı tədbirlər çərçivəsində şənbə günündən teatr, kinoteatr və muzeylər bağlanır. Həmçinin incəsənət qalereyaları və bir çox ticarət mərkəzləri fəaliyyətini dayandırır/Report.