İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) baş komandanı Azərbaycanla sərhəd bölgələrə səfər edib.
Strateq.az İRNA-ya istinadla xəbər verir ki, general-mayor Hüseyn Səlami səfər çərçivəsində ərazidəki cari vəziyyətlə tanış olub.
“Davamlı təhlükəsizlik “qırmızı xətt”imizdir və sərhədlərdə xalqımızın təhlükəsizliyinə və dincliyinə zərər verən hər hansı bir təhlükə qəbuledilməzdir”, – deyə o vurğulayıb.
Hüseyn Səlami bildirib: “Son toqquşmalara bitişik sərhəd bölgələrində müdafiə-təhlükəsizlik tədbirləri gücləndirililir”.
İİKK komandanı beynəlxalq sərhədlərin toxunulmazlığını vacib məsələ adlandırıb.
General Səlami Ərdəbil vilayətinin sərhəd bölgələrinə səfəri zamanı Araz çayı üzərindəki Mil-Muğan bəndinə baş çəkib. Sonra Aslanduz sərhəd məntəqələrində yerləşən hərbi qüvvələr və sərhəd gözətçiləri ilə də görüş keçirib.