Azərbaycan və Ermənistan arasında hərbi qarşıdurma davam edərkən, İran İslam Respublikası özünü bütün mümkün ssenarilərə hazırlayır.
Strateq.az “İran Times”-a istinadla xəbər verir ki, Azərbaycan-İran sərhədinə növbəti silah nəqli həyata keçirilib.
Sosial mediada paylaşılan video görüntülərə əsasən, hərbi karvan “Çiftan” tankı və “M113” zirehli personal daşıyıcılarından ibarət olub.