XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

05 Noyabr 2020 - 21:18

Yaponiya, ABŞ, Avstraliya və Hindistan birgə dəniz təlimləri keçirir- Noyabrın 4-dən

Yaponiya, ABŞ, Hindistan və Avstraliya Benqal körfəzində noyabrın 4-dən birgə dəniz təlimləri keçirir.

Azərtac Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, hər il təşkil edilən “Malabar” adlı təlimlərdə ABŞ, Avstraliya və Hindistanın hərbi donanmaları, həmçinin Yaponiyanın özünümüdafiə qüvvələri iştirak edirlər.

Bildirilir ki, iştirakçı ölkələr tərəfindən Hindistan sahillərinə göndərilən səkkiz gəmi arasında Yaponiya özünümüdafiə qüvvələrinin sualtı qayığı, gözətçi gəmisi və “Onami” esminesi də var.

Qeyd edilir ki, 2015-ci ildən başlayaraq Yaponiya, ABŞ və Hindistanın iştirakı ilə təşkil olunan üçtərəfli təlimlərə ilk dəfə Avstraliya da qatılıb.

Mütəxəssislərin rəyinə görə, iştirakçı ölkələr bununla açıq və azad Hind-Sakit okean regionu yaradılmasında nə qədər israrlı olduqlarını, həmçinin Çinin dənizdə artmaqda davam edən fəallığının qarşısını almağa çalışdıqlarını nümayiş etdirmək istəyirlər.

Hindistan Müdafiə Nazirliyinin bildirdiyinə görə, təlimlər iki mərhələdə keçiriləcək. Birinci mərhələ cari həftənin şənbə gününədək, ikinci mərhələ isə noyabrın ortalarınadək davam edəcək.

Nazirlikdən, həmçinin bildiriblər ki, təlimlər özündə sualtı qayıqlara qarşı birgə fəaliyyəti və raketdən müdafiəni birləşdirəcək.