XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

06 Noyabr 2020 - 00:21

Fransa Şengen sərhədlərini gücləndirəcək –Makron anons verdi

Fransa hökuməti terror təhlükəsinə qarşı tədbirlər çərçivəsində sərhədlərinin mühafizəsini ikiqat artırır.

Bu barədə Prezident Emanuel Makron İspaniya sərhədindəki Pertus buraxılış məntəqəsinə səfəri zamanı bildirib ki, son vaxtlar ölkədəki terror hücumlarından sonra sərhədləri qoruyan polis, jandarma və hərbçilərin sayını 2 400-dən 4 800 nəfərə çatdıracaqlar.

“Mən həmçinin Şengendə daha çox nəzarət tətbiqi istiqamətində təftiş aparmağa çağırış etmək istəyirəm”, – deyə dövlət başçısı vurğulayıb.

Xatırladaq ki, oktyabr ayının 16-da Paris yaxınlığında tarix müəllimi Samuel Pati dərsdə Məhəmməd peyğəmbərin karikaturlarını şagirdlərə göstərdiyi üçün bir çeçen gənc tərəfindən məktəb yaxınlığında qətlə yetirilmişdi. Oktyabrın 29-da Nis şəhərinin baş kilsəsində tunisli gəncin üç nəfəri qətlə yetirməsindən sonra isə ölkədə ən yüksək terror təhlükəsi elan edilib/Report.