XƏBƏR LENTİ

03 Dekabr 2020

Digər Xəbərlər

29 Mart 2016 - 15:38

Alman mətbuatı:“Öz ölülərimizi ağlayır, Yaxın Şərqdəki qurbanlar haqda biabrıcasına susuruq”

 

terror turk

Huffington Post Deutschland (Almaniya), 29.03.2016

 

Hadisə baş verərkən saat, təxminən, 16:00 idi. Anladım ki, belə də olacaq. Bu, yalnız zaman məsələsidir. Birdən televizorun ekranında təcili məlumat göründü: “Ola bilsin, həlak olanların içində Almaniya vətəndaşı var”.

Guya bu, Brüsseldəki qanlı qırğının qızğın çağında gerçək faciə imiş. Belə anlarda qaçıb gizlənmək istəyirəm, çünki bu dardüşüncəliliyə və mənəmliyə çətinliklə tab gətirə bilirəm.

Yəqin ki, hamı eyni dərəcədə insan deyil.

Xaricdə baş verən hər bir bədbəxtlik, hər bir qəza və hər bir hücum zamanı istər-istəməz sual meydana çıxır: “Bunun almanlara dəxli varmı?”

Brüsseldə 31 insan həlak oldu. İnsan. Lakin, görünür, hamı eyni dərəcədə insan deyil.

Canıyananlıq Twitter-də, Facebook-da və s.-də hüdudsuz görünür. Bütün dünya üzrə istifadəçilər terrorizm qurbanlarına görə öz kədərlərini ifadə edirlər. Belçika milli boyalarında fotoşəkil profilləri, “Brüsselə dua edin” ifadələri. Biz birlik və həmrəylik nümayiş etdiririk.

Lakin hər halda ötən günlər göstərir ki, canıyananlıq harada qəflətən bitir. Bu, insan həyatının kədərlənməyinə dəyməyəcəyi haqda düşündüyümüz anda baş verir.

Bu insanları kim ağlayır?

Brüsseldəkli 31 qurbandan başqa hücum nəticəsində 150 günahsız özgə  insanlar həlak oldu – lakin heç kim onlara kollektiv şəkildə yas saxlamır. Ankara: 37 şəhid.

Bağdad: 70 şəhid:

Liviya: ən azı, 50 şəhid.

Hamısı son bir neçə həftədə həlak olub. Onların ömrünə son qoydular, çünki lazımi anda lazımi məkanda deyildilər.

Bununla belə, güman etmirəm ki, kimsə bu bölgələrin sakinlərinə həmrəylik ifadə etməyə ehtiyac hiss etdi.

Nə üçün?

Əlbəttə, terrrorizm qonşu ölkədə tüğyan edərkən şokun güclü olması normal haldır. Çünki bu halda o bizə daha yaxındır.

 

Tərcümə Strateq.az-ındır.