XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

06 Noyabr 2020 - 14:23

“Dünya yeni pandemiyaya hazırlaşmalıdır” – ÜST

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bəşəriyyətin yeni pandemiyaya hazırlaşmalı olduğunu hesab edir. Qurum bu məsələni noyabrın 9-da lekonfrans formatında keçiriləcək Ümumdünya Sağlamlıq Assambleyasının 73-cü illik sessiyasının əsas mövzulardan biri kimi görür.

Bu barədə TASS ÜST-nin bəyanatına istinadən məlumat verib.

ÜST-nin forumdan əvvəl Cenevrədə yayımladığı bəyanatda qeyd edib ki, dünya ictimaiyyəti artıq indidən yeni pandemiyaya hazırlaşmalıdır. “Son bir ildə fövqəladə vəziyyətə hazırlıq üzrə güclü səhiyyə infrastrukturu olan ölkələrin SARS-CoV-2 virusunun yayılmasının qarşısının alınması və onun nəzarətə götürülməsi məqsədi ilə sürətli hərəkət edə bildiklərini gördük”, – təşkilatdan bildiriblər.

ÜST dünya birliyinin elm və həmrəylik sayəsində COVID-19-u məğlub edə biləcəyinə inanır. “Koronavirus pandemiyası qlobal böhran olsa da, bir çox dövlətlər və şəhərlər hərtərəfli və faktlara əsaslanan yanaşma yolu ilə uğurla yoluxmanın qarşısını alın və onu nəzarətə götürüb”, – bəyanatda deyilir. ÜST bu baxımdan dünyanın peyvəndin, diaqnostik və terapevtik vasitələrin hazırlanmasını sürətləndirmək planı ətrafında birləşdiyini xatırladıb. (report)