İran ordusunun şimal-qərb bölgəsindəki bazasının zirehli hissələri Azərbaycan Respublikası və Ermənistanla sərhəd zolağında yerləşdirilib.
Strateq.az İRNA-ya istinadla xəbər verir ki, bunu briqada generalı Əli Hacilu bildirib.
General vurğulayıb: “İslam Respublikası ordusu, Konstitusiyaya uyğun olaraq, İslam vətəninin sərhədlərini düşmənlər tərəfindən mümkün müdaxilələrə qarşı müdafiə etməyə borcludur. Əlbəttə, sərhəd sakinlərinin gündəlik təhlükəsizliyi və rahatlığı da bizim üçün ən vacib məsələdir”.
O əlavə edib: “Ölkənin şimalındakı iki qonşu ölkə, yəni Azərbaycan və Ermənistan arasındakı son gərginliyi nəzərə alaraq, ölkənin şimal-qərb bölgəsindəki ordunun quru qüvvələri hər hansı bir təhdidin qarşısını almaq üçün məsuliyyət daşıyır”.