XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

29 Mart 2016 - 16:15

“Putinə dedim ki, səndən fərqli olaraq, mən…” –Obama tarixi sirri açdı

obama-putin

ABŞ Prezidenti Barak Obama Rusiya Prezidenti Vladimir Putinlə arasında yaşanan dialoqu ictimaiyyətə açıb.

Obama bu açıqlamanı Tonerovsk mükafatının təqdimetmə mərasimi zamanı edib. Onun sözlərinə görə, Putin Rusiyadakı mətbuata tam nəzarət edir:

“Bir müddət öncə mən Prezident Putinlə Suriya və Ukrayna barədə danışıqlar aparmalı oldum. O, “Atlantik” jurnalında Cef Qoldberqin mənim xarici siyasət doktrinamla bağlı məqaləsini oxumuşdu. Bundan sonra dedi ki, mən sizin burada dediyiniz bir neçə məsələ ilə razı deyiləm. Mən də ona cavab verdim ki, Vladimir, səndən fərqli olaraq, mən yazıları çap olunmazdan öncə redaktə etmirəm”.

Qeyd edək ki, Obama “Atlantik” jurnalına bu ilin yanvarında müsahibə verib.

Putinlə Obama arasında sonuncu dəfə martın 14-də telefon danışığı baş tutub(Axar.az).