XƏBƏR LENTİ

27 Yanvar 2021

Digər Xəbərlər

29 Mart 2016 - 16:25

Tramp Yanukoviçin baş müşaviriniözünə köməkçi götürdü

Respublikaçıların ABŞ prezidentliyinə namizədi Donald Tramp özünə yeni köməkçi götürüb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu, vaxtilə Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin müşaviri olmuş amerikalı siyasi texnoloq Pol Con Manafortdur. 

Manafort Trampın Klivlenddə dəstək qazanması üçün çalışacaq. Bu ilin yayında Klivlend Respublikaçılar Partiyasından kimi namizəd göstərdiyini rəsmən elan edəcək. 

Manafort 1976-cı ilin prezident seçkiləri kampaniyasında Jerald Fordun, 80-ci ildə Reyqanın, 1988 və 1996-cı illərdə isə Corc Buş və Bob Doulun məsləhətçisi olub.

Son illərdə isə Viktor Yanukoviçin baş müşaviri kimi fəaliyyət göstərib.