XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

29 Mart 2016 - 16:26

Nadejda Savçenko “mübadilə” edilə bilər

Rusya'dan 'Ukrayna ile takasa hazırız' mesajı

Rusiya 22 il həbs cəzasına məhkum etdiyi Ukraynanın millət vəkili və AŞ PA-dakı nümayəndə heyətinin üzvü Nadejda Savçenkonu “mübadilə etməyə” hazırlaşır.

Strateq.az xəbər verir ki, “İnterfax” xəbər agentliyi bu barədə məlumat yayıb.

Agentliyin etibarlı mənbələrinə istinadən yaydığı xəbərə görə, Rusiya Nadejda Savçenkonu ABŞ-da həbsdə yayan vətəndaşlarıyla dəyişdirmək niyyətindədir.: "Ukraynalı deputatın azadlığa buraxılması qarşılığında Rusiya istədiyi vətəndaşlarının siyahısını qarşı tərəfə göndərib. Siyahıda ABŞ-da uzunmüddətli həbs cəzası alan rus iş adamı Viktor But və pilot Konstantin Yaroşenkonun da adları var.

Xatırladaq ki, bundan əvvəl Rusiya dustaq mübadiləsi üçün Luqansk bölgəsində əsir düşən hərbi əks-kəşfiyyat səlahiyyətlilərinin üzərində dayanırdı. Görünür, tələbin yerinə yetirilməyəcəyi aydın olduğundan, son siyahıya onların adı  salınmayıb.