ABŞ Prezidentliyinə namizəd Co Baydenin yaşadığı ev də ciddi nəzarətə götürülüb.
Strateq.az xarici mətbuata istinadla xəbər verir ki, Amerika hüquq-mühafizə orqanları prezident postunun bir addımlığında olan Co Baydenin Delavarlar əyalətinin Vilminqton rayonunda yerləşən evinin mühafizəsini də gücləndirib: “Hətta təhlükəsizlik məqsədi ilə onun evinin yerləşdiyi bölgənin hava sahəsi də “kilidlənib”.