XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

06 Noyabr 2020 - 20:52

Avropa Şurası jurnalistika və jurnalistlərin müdafiəsi platforması Fransaya xəbərdarlıq edib

Avropa Şurasının jurnalistika və jurnalistlərin müdafiəsinin təşviqi internet platforması Fransanın TF1 televiziya kanalını və onun jurnalisti Lizron Budulu hədəfə alan nifrət kampaniyası ilə bağlı Fransaya xəbərdarlıq edib.

AZƏRTAC xəbər verir ki, internet platformasının tərəfdaşları olan “Avropa Jurnalistlər Federasiyası” (EFJ) və “Sərhədsiz reportyorlar” (RFS) təşkilatları tərəfindən təqdim edilmiş xəbərdarlıqda təhlükənin mənbəyinin qeyri-müəyyən olduğu, jurnalistlərin hələ də sıxışdırıldığı bildirilir. Qeyd edilir ki, L.Budul oktyabrın 22-də Dağlıq Qarabağda vəziyyəti əks etdirən reportajından sonra onun və TF1 kanalının sosial şəbəkələrindəki hesablarında çoxsaylı təhqiramiz mesajlar yazılıb. L.Budul bir neçə gün davamlı olaraq nifrət zəminli çıxışların və hədələrin hədəfinə çevrilib. TF1 televiziya kanalının elektron poçtuna təhqir və hədə dolu mesajlar göndərilib, zənglər edilib.

Erməni icmasının TF1 kanalının qarşısında nümayiş keçirdiyi və nəticədə reportajın kanalın internet səhifəsindən silindiyi vurğulanıb.

Xatırladaq ki, L.Budulun Dağlıq Qarabağdan hazırladığı reportaj erməni lobbisinin təzyiqi ilə TF1 kanalının internet səhifəsindən silinsə də, sonradan Azərbaycanın Fransadakı səfirliyinin və icmasının fəaliyyəti nəticəsində bərpa olunub.