Türkiyədə əsasən suriyalı qaçqınların məskunlaşdığı çadır şəhərciyində güclü yanğın olub.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, yanğını tez söndürmək mümkün olsa da, hadisə zamanı 3 azyaşlı həyatını itirib, 6 nəfər xəsarət alıb.
«Milliyet» qəzetinin məlumatına görə, yanğın Mardin vilayətindəki düşərgədə baş verib. Düşərgədə 32 min qaçqın məskunlaşıb. Onlardan 22 mini Suriyadan, qalanları qonşu ölkələrdən gəlib.