XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

06 Noyabr 2020 - 22:07

“Gürcüstan hakimiyyəti müxalifətlə danışıqlara hazırdır” –Giorgi Qaxariya

Gürcüstan hakimiyyəti parlament seçkilərinin nəticələrini tanımayan müxalifətlə danışıqlara hazırdır.

Bunu ölkənin baş naziri Giorgi Qaxariya “İmedi” telekanalına müsahibəsində deyib.

O, hakimiyyətin danışıqlara hər zaman açıq olduğunu bildirib: “Gürcüstan seçiciləri doqquz partiyaya mandat verib. Onlar hakim partiyanın qarşısında da vəzifə qoyublar: ölkəni böhrandan çıxarmaq üçün danışıqlara başlamaq. Hakim qüvvənin məsuliyyəti ondan ibarətdir ki, müxalifətlə birgə ölkənin qayğısına qalsın və ölkəni böhrandan çıxarsın”.

Hökumət başçısı seçkilərdə nöqsanların olduğunu qeyd edib: “Onlar lazımı qaydada araşdırılmalı və müvafiq hüquqi qiymətlər verilməlidir”.

Qeyd edək ki, oktyabrın 31-də qonşu ölkədə keçirilən parlament seçkilərində deputat mandatları qazanan 8 müxalifət partiyası qanunverici orqanda təmsilçilikdən imtina edib. Müxalifət liderləri və tərəfdarları səsvermənin nəticələrinə etiraz olaraq aksiyalar keçirirlər. (report)