XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

06 Noyabr 2020 - 23:42

Türkiyə xüsusi təyinatlıları İraq və Suriyada terrorçuları məhv edib –Müdafiə Nazirliyi

Türkiyə Milli Müdafiə Nazirliyinin xüsusi təyinatlı dəstəsi İraq və Suriyanın şimalında PKK qruplaşmasının iki terrorçusunu məhv edib.

“Anadolu” agentliyi xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi bildirib.

Nazirlikdə qeyd ediblər ki, terrorçular İraqın Avaşin-Basyan rayonunda və Suriyada “Barış pınarı” əməliyyatının keçirildiyi zonada məhv edilib.

Silahlıların koordinatları kəşfiyyat materialları sayəsində müəyyən edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, PKK terrorçuları 1984-cü ildən 2020-ci ilin martına qədər Türkiyədə bir sıra terror aktları həyata keçiriblər. Bu təşkilatın terrorçuları Türkiyənin təhlükəsizlik qüvvələrinin 7 500 əməkdaşını, 6 800 dinc sakini qətlə yetiriblər.