XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

07 Noyabr 2020 - 14:31

Beynəlxalq Mülki Aviasiya Təşkilatı İrana çağırış edib- Ukrayna təyyarəsinin vurulması ilə bağlı

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) noyabrın 7-də İranı Ukrayna sərnişin təyyarəsinin vurulması ilə bağlı istintaqı sürətləndirməyə çağırıb. 

APA-nın Tehran bürosunun məlumatına görə, ICAO Şurasının sədri Salvatore Siaçitano deyib ki, İran tərəfi ilə bir neçə dəfə əlaqə saxlanılıb və qəza ilə bağlı təhqiqatı sürətləndirmələri istənilib.

ICAO-nun rəsmi saytının məlumatına görə, qurum qəzası ilə bağlı araşdırmalara dair yekun hesabatın 12 ay ərzində dərc edilməsini tövsiyə edir.

ICAO Şurasının sədri qeyd edib ki, qəzadan dərhal sonra istintaqı dəstəkləmək üçün ICAO Katibliyinin mütəxəssislərindən ibarət qrup yaradılıb”.

Xatırladaq ki, Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsinin yanvarın 8-də Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğraması barədə məlumat yayılıb. Hadisə nəticəsində təyyarənin göyərtəsində beş ölkənin vətəndaşları olan 176 nəfərin hamısı həlak olub.

Daha sonra İran Silahlı Qüvvәlәrinin Baş Qәrargahı Ukraynaya mәxsus tәyyarәnin sәhvәn vurulduğu ilə bağlı bəyanat yayıb. Bәyanatda qeyd olunub ki, İranın İraqda ABŞ hәrbi bazasına hücumu vaxtı vә sonrakı saatlarda ABŞ hәrbi tәyyarәlәrinin uçuşları artıb. İranın İmam Xomeyni hava limanından havaya qalxan tәyyarәnin qәfil dönüş etmәsi İran İslam İnqilabı Keşikçilәr Korpusunun hәssas mәkanlarına hücum kimi qiymәtlәndirilib. İran Silahlı Qüvvәlәri Baş Qәrargahı baş verәn hadisә ilә әlaqәdar insan xәtasına görә üzr istәyib.

İran İslam Respublikası qəzadan altı ay sonra, iyulun 17-də “Boeing”in qara qutusunu yenidən oxumaq üçün Fransaya təhvil verib.