XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

07 Noyabr 2020 - 15:55

Ukraynada sutkalıq koronavirusa yoluxma faktı ilk dəfədir 10 min nəfəri keçib

Ukraynada son sutkada koronavirusa yoluxanların sayı ilk dəfədir 10 min nəfəri keçib.

Azərtac Ukrayna Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ötən gün Ukraynada 10 746 nəfər koronavirusa yoluxub. Bununla da pandemiya dövründə Ukraynada koronavirusa yoluxanların ümumi sayı 450 min 934-ə çatıb, 204 min 229 nəfər müalicəsini başa vurub. Ən çox yoluxma halları Kiyev, Odessa, Lvov, Jitomir və Xarkov vilayətlərində qeydə alınıb.

Ötən gün ölkədə 187 nəfər koronavirusdan həyatını itirib. Bununla da bu infeksiyadan ölənlərin ümumi sayı 8312 nəfərə çatıb.

Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti dekabrın 31-dək uzadılıb və karantin şərtləri sərtləşdirilib.