XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 March 2016 - 17:35

Savçenko 2 rus məhkumla dəyişdirilir?- Kreml və ABŞ-dan açıqlama

Kreml Rusiyada 22 il həbs cəzası alan ukraynalı pilot Nadejda Savçenkonun ABŞ-dakı 2 rus məhkumla dəyişdirilməsi xəbərini təkzib edib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, «İnterfaks» agentliyi Savçenkonun Viktor But və Konstantin Yaroşenko ilə dəyişdirilməsinə dair  razılıq əldə olunduğunu bildirib. Xəbərə görə, razılıq prezident Vladimir Putinlə ABŞ dövlət katibi Con Kerri ilə görüşdə əldə olunub.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bu barədə heç nə eşitmədiyini deyir: «Təbii ki, Rusiya öz vətəndaşlarının maraqlarını qorumaqda davam edir. Və Viktor Buta ilə Konstantin Yaroşenkonun həbsini qanunsuz sayır. Bu adamların soyadı prezident Putinlə Kerrinin görüşündə bu kontekstdə çəkilib. Onların Savçenko ilə dəyişdirilməsi barədə heç nə eşitməmişəm». 

Vaşinqton isə məsələyə münasibətində bildirib ki, Savçenkonun But və Yaroşenko ilə dəyişdirilməsi gündəmdə deyil.