XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

23 May 2015 - 05:44

ABŞ Avropa İttifaqının Azərbaycanla əməkdaşlığa yönəlmiş səylərini dəstəklədi

Riqa_sammiti.jpg

ABŞ Avropa İttifaqının (Aİ) Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna ilə daha sıx əməkdaşlıq və tərəfdaşlığın qurulmasına yönəldilmiş səylərini dəstəkləyir.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Mari Harf Riqada keçirilmiş “Şərq tərəfdaşlığı” proqramının iştirakçı ölkələrinin sammitini şərh edərkən deyib.

M. Harf bildirib: “Biz “Şərq tərəfdaşlığı” proqramının iştirakçı ölkələrində demokratiya və keyfiyyətli dövlət idarəetmənin, korrupsiya ilə mübarizənin inkişafı, eləcə də enerji təhlükəsizliyi, iqtisadi və sosial inkişafı möhkəmləndirməyin təmin edilməsinə yönəldilmiş gələcək təşəbbüsləri dəstəkləməyə sadiqik”.

Onun fikrincə, Riqa sammiti uğurlu olub.